Nameye-həştom. Rəftəne-əşk Bare-dovvom besuye-mə’şuq (Səkkizinci məktub. Göz yaşının ikinci dəfə Mə’şuqənin yanına getməsi)
Çün yola düzəldi. Yaş getdi,Əqlü dilü didə, baş getdi.Bulandıvü daşdı, çayə döndü,Gəh suyəvü gəh həvayə döndü.Ol sərvi rəvan saru yeridi,Irişməgə yarə yürür idi.Ol bağə irişdi hər neçük var,Etmişdi məqamin anda dildar.Istib yenə bağibani buldu,Bir cism idi ol ki, cani buldu.Dedi ki, həm ol fəqirü bimarGöndərdi məni sana digər bar.Var bir dəxi lütf edüb nigarə,Rəhm edə məgər o dilfikarə.Ol rüşvə ki, demişəm, bər anəm,Əz qofte xelaf mən nədanəm.Mehr etsə, sənindir anda minnət,Mən mərdüm isəm, sən eylə hörmət.Almağa cəvabi yeri, var tez,Al get göhəri bedəst aviz.
Çün bağban aldı ol göhərni,Vardı ki, ala nədir xəbərni.Yetürdü nigarə töhfəni çün,Gördü pərirüx o töhfəni çün,Der: – Söylə ki, gəlsün ol rəsulə,Varmı görəli sözü qəbulə.Gər qabil olursa həzrətimdə,Xas eyləyəm anı xidmətimdə.Çün gəldivü bağban dedi: – Dur.Xas etdi səni o yari-məşhur.Yaş getdi rəvani həzrətinə,Mədh etdi duayi-dövlətinə.Yar aydır ana ki, ey cigərxun,Çox etmə bu yolda sən cigər xun,Derlər səni çünki zadi-mərdüm,Olmuş vətənin səvadi-mərdüm.Hər yerdə ki var, hörmətin var,Hər xanda ki olsa, izzətin var.Çün əslilə mərdüməklisən sən,Gəlgil mana kim, gərəklisən sən.Sərvəm, dilərəm yanımda bir cu,Gülzari-cəmalimə gərək su.Bir çeşmə gərək önümdə pür ab,Ta bola ləbim anınla sirab.Şirin ləb isəm xoş ola gülgun,Xunxarə isəm, mana gərək xun.Leyliyə gərək səbuyi-pür ab,Ta naqə bola səfərdə sirab.Həna xoş ola bu mən nigarə,Ta hər dəm əlim dutam nigarə.Çün hüsn iləyəm şəhi-Xorasan,Həm Xosrovi-mülkü təxti-Iran.Mülkimdə gərəkdir abi-Ceyhun,Sürxab gərək kim, ola dəmgun.Şiraz şəhi mənəm, ləbim xəmr,Bağdad məhi mənəm, ləbim səmr.Axsun vətənimdə şətti-Bağdad,
Gəzsün çəmənimdə Rükniabad.Mərdüm çü səni oxur dürəfşan,Xaki-dərim üstünə dür əfşan.Çün muca gərəklüsən mana sən,Neyçün varasan dəxi ana sən?Gər beylə səni irağə salur,Yüzdən sürübən ayağə salur,Qoyman dəxi anda gedəsən sən,Qasidliğin anın edəsən sən.Yaşım dedi ki, əya pəri ru,Səndən xaçan eylərəm bəri ru?Çün sana gərəklüyəm, mana sən,Bir xidmət edər qulam sana mən.Ondan dəxi səndən ötrü gəldim,Gördüm çü yüzüni, baxa qaldım.Amma dilərəm ki, ey pəri ru,Bir dəxi varam o xəstə saru.Dəsturun olursa, varayım bir,Olan xəbərini verəyim bir.Mərdümdən alam yenə iradət,Xoşdur oğul işi ba icazət.Aydır: – Yeri var, zud gəlgil,Od kimi varub çü dud gəlgil.Məndən dəxi aparma naümidi,Nə ümid apar, nə naümidi.Degil dəxi kəsməsün ricayi,Şayəd qılam ana mən vəfayi.Degil çü yanımda kəşfin oldu,Vəslim diləmək bəs işin oldu.Şəh qatda kimin ki, adəmi var,Əz cövrü sitəm nədən ğəmi var?Göz yaşı sevindi, düşdü bər rah,Der bəndəyə mürvət etdi ol şah.Tə’cil ilə axdı ol axar su,Nurkən yügürür misali-ahu.Gördüm ki, gəlür, rəvan yügürdüm,Baxdım yüzünə qılıb təbəssüm.Aydır ki, ver imdi müjdəgani.
Meyl etdi sana nigari-cani.Nomid oturma gəl vüsalə,Şayəd səni hicr əlindən alə.Çün bu xəbəri eşitdi guşim,Gəldi yerinə qərarü huşim.Əql ilə könül birər barışdı,Aram ilə səbrü dil qarışdı.Əltafi-xudayə şükr qıldım,Bu şe’ri o dəmdə fikr qıldım.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-nameye-hestom-reftene-esk-bare-dovvom-besuye-me-suq
Use ← → keys to move, R for a random poem
More by this author
Xoş qal – dedim – ey həbib canan,Bu mürdə tənim içində çün can.
Dəp mofareqət əz vosale-duste-cani (Könül dostunun vüsalından ayrılmaq barədə)Çün oldu tamam nəzm təkmil,Vəsl oldu həman fəslə təbdil.
Şe’r dər xatəmeye-ketab və səbəbe-tə’lif (Kitabın bitməsi və yazılmasının səbəbi barədə şe’r)Yarəb, irağ etmə cismü cani,Heç bəndəyə verməgil sən ani.
NəsihətnaməSığın fəzli-həqə, ey talibi-rahKi, dost eşqin özünə eylə həmrah.
Poems by other poets
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
شنیدهام که به شاهان عشق بخشی تاجبه تاج عشق تو من مستحقم و محتاج
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Lal ol və danışma!Ey dil, dəxi dinmə və sükut et, səni tarı,Lal ol və danışma!