Meyl eylədi yar, həmdülillah,Dil tapdı qərar, həmdülillah.

Demiş ki, vüsalə qabil oldu,Ol sevgi nigar, həmdülillah!

Mərhəm edəsi cigərdə dağə,Ol lalə üzar, həmdülillah!

Qılsun eşigimdə demiş ol sərvYaşımni nisar, həmdülillah!

Hər ləhzədə səd hezar bər həq,Hər gündə hezar həmdülillah!

Nəsx olmağı bilmişəm mühəqqəqDildən bu ğübar, həmdülillah!

Vəslinə həbibinin XətayiÜmmid dutar, həmdülillah!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love