Yarəb, sana həq bola nigəhdar,Üşşaqinə bol ğəmində ğəmxar.

Bimarə vüsalın oldu şərbət,Hər işdə sana həq edə timar.

Hafizliğ içün du zülfi-zəngiOl Rumi rüxündə ola dəvvar.

Gülzari-cəmalınız ğəmindənBülbül təki eyləsün məni zar.

Gənci-rüxün üstə hafiz etsünBir həlqə saçını həmçü şəhmar.

Mən kimi hezar aşiq olsunOl mehri-rüxün ğəmindən əfkar.

Gül kimi üzarınız cəfasıQılsun dilü canları pür əz xar.

Hicrində Xətayi xəstə haləVəslin qıla çələb nigəhdar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love