Ey tuba budağı, sərvi-dilcu,Ey bağça nihalı, yari-niku.

Sən şad olasan cahanda daim,Öldürdü məni yolunda qayğu.

Bir mu mana vermədin saçından,Ey hüsnü pəri, nə xudurur bu?

Hicrin məni uştə dağə saldı,Sən nerdəsən, ey ğəzalə ahu?

Ülkər kimi yolda qaldı çeşmim,Görsət yüzün; ey nigari-məhru.

Döndərdi ğəmin tənim hilalə,Bir gəz mana görsət axir əbru.

Ol incə miyanınız ğəmindənHicr ilə vücudum oldu bir mu.

Çox yaşimi didədən bu dəm al,Gəl abi-vüsal ilən məni yu.

Sən necə sitarəsən ki, hər şəbApardı ğəmin gözümdən uyxu?

Dərd ilə Xətayi oldu bimar,Tiryaki-ləbindən eylə daru.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation