Du zülfündən mənə bir mu gərəkdir,Sənin vəslindən ancaq bu gərəkdir,

Könüldən getməz ol çeşmin xəyalı,Bəli, Məcnunlara ahu gərəkdir.

Cəfavü cövrinizdən inciməz dil,Ki, xublar daima bədxu gərəkdir.

Gözüm yaşın tökər mən ayağına,Bəli, sərv ayağında su gərəkdir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xətai sözlərin səm etsün ol ay,Ki, xublar guşinə lölö gərəkdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love