Həqiqət bəhrizatun əkbər oldıSifətünden anun bir gövhər oldı.

Məhəmməd Mustafadur kani gövhərKəmalu qüdrətünden Heydər oldı.

Həsəndür mülkü eşqün doğru yarıAnun hüsnünə Yusuf çakər oldı.

Hüseyin Kərbəladur sahi meniOna münki olanlar kafər oldı.

Əli Zeynalebadünin bağrı bil,Mövalilər imamı Cəfər oldı.

İmam Kazım, Əli, Musa, RizadanTəqidür, hanqi şah əsgər oldı

İirşdi vəd əsi Sahib-Zamanun,Ulu divan quruldı, məhşər oldı.

Olar ki, tabeyi mərvanil ərdür,Sürüldi çıxdı dindən əbtər oldı.

Şahın övladına iqrar edənlərƏxilər, ğazilər, əbdallar oldı.

Vilayət baxçasının bağibaniÜzin açdı cahanə ənvər oldı.

Təcəlləsi zuhur oldı imamım,Xəvaric görmədi kor və kar oldı.

Şahım astanəsində qulları çoxXətai cümləsindən kəmtər oldı.

Random poem

More by this author

Poems by other poets · Praise