Ləbin şərabından məst olan aşiq,İnanma, sağərü səhbayə baxar.Rüxsari-alının həsrətin çəkənNə günə göz açar, nə ayə baxar.

Rövnəqi pozulub otağımızın,Ziyası qalmayıb çırağımızın;Nəkhəti-zülfündən dimağımınMüəttər olmağı sobayə baxar.

Əvvəl aldın əqlü huşü kəmalım,Quru nəfəs qalıb, əyandı halım.Dəxi nə istərsən, bimürvət, zalım,Şah olan əhvali-gədaya baxar.

Səngdil sənəmin nə binası var,Deməz aşiqimdi, müddəası var,Cəfanın da həddi, intəhası var,Bəndeyi-xuda bir xudaye baxar.

Eşq ucundan oldum günü qarə mən,Dönə-dönə yandım alovlarə mən.Zakir deyər, nedim o nigarə mən,Nə dadə, nə ahü sədaya baxar?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love