Günəş rüxsarına töküb zülflərin
Günəş rüxsarına töküb zülflərin,Yalvarıram, yapışıram yüz olmaz.Heç bilməzəm mənim bəxti-siyahımNə şami-tirədir ki, gündüz olmaz.
Aralıqda bədxah olmasa əgər,Sevgi sevgisindən olmaz mükəddər;Nə qədər ki, rəqib sağdır, o dilbər,Bilirəm ki, bizim ilə düz olmaz.
Bir qul sultanına etsə xəyanət,Yaşınır görəndə, çəkir xəcalət,Gün səri-kuyinə düşər, nəhayət,Dayanıb bir saat üzbəüz olmaz.
Siyah zülfün dal gərdəndə bir qulac,Sona çıqqası tək ucları qıyqac,Belə türə, belə geysu, belə saç,Belə işvə, belə qaşü göz olmaz.
Ayağına düşüb sərvi-qamətin,Gərdəni minanın, boyu afətin,Dedim: Zakir ilə varmı ülfətin?Dedi: gözəllərdə doğru söz olmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-gunes-ruxsarina-tokub-zulflerin
Use ← → keys to move, R for a random poem
More by this author
Ey həmdəm olan ariyəti-hüsnünə məğrur,Bəsdir, dəxi bidad.
Ey ruhi-rəvan,sən gələli tazətər olmuşEy ruhi-rəvan,sən gələli tazətər olmuş,Dil güləşəni yeksər.
Əzm etdi səhər naz ilə ol sərvi-dilaraƏzm etdi səhər naz ilə ol sərvi-dilaraSeyr etməyə bağə.
Ol sərv bu gün seyri-gülüstan edəcəkdiOl sərv bu gün seyri-gülüstan edəcəkdi,Şi müşkülə düşdü.
Poems by other poets · Love
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.
GörAşiq olub gəzən diyarbadiyar,Məddəsiz, mənasız söz olarmı, gör?
DilbərSallanıban yüz naz ilənBu seyrana gələn dilbər
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,