Açıldı üzümüzə Kəbənin qapıları
Ulu bir ziyarətin yolunda zəvvar olduq,Allah bizim yarımız, biz Allaha yar olduq.Dünyaya təzə gəldik, biz təzədən var olduq,Ürəklər sudan duru, könüllər aydan arı,Açıldı üzümüzə Kəbənin qapıları!
Sanki quru səhralar yumşaldı, məxmər oldu,Göz gördü bu hikməti, ürəyə xəbər oldu.Dilimizin nidası “Allahu-Əkbər!” oldu,Fikrimiz, düşüncəmiz dağların dümağ qarı,Açıldı üzümüzə Kəbənin qapıları!
İllərlə vaxt gəzmişik bu qapını açmağa,Bu məbədin nurunu ruhumuza saçmağa.Allah verdi fürsəti, qanadlanıb uçmağa,Yüz illərin arzusu yetirdi şirin barı,Açıldı üzümüzə Kəbənin qapıları!
Burda iki tərəf yox, hamı birtərəf oldu,Durna qatarı kimi möminlər səf-səf oldu.Ehram paltarı geymək ən böyük şərəf oldu,Yeridi ağ dalğalar üzü qibləyə sarı,Açıldı üzümüzə Kəbənin qapıları!
Ağrıların dərmanı, dərdlərin əlacıymış,Gözün, könlün istəyi, ruhun ehtiyacıymış.Görüşlərin, yolların, səfərlərin tacıymış,İllərdi yar gəzirdim, tapdım həqiqi yarı,Açıldı üzümüzə Kəbənin qapıları!Mədinə, 1994, iyulÇin dəftəri
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-acildi-uzumuze-kebenin-qapilari
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Qız“Bey” - bəxtim açılsın asimana oynaşa Cəlal.“Tey” - tərlan balasısan, misli humay quşa Cəlal.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,