Bu şeir on il əvvəl yazılıb. Zəngilanı, Qubadlını gəzib Laçınagəlmişdim. Görüşlər, söhbətlər, məclislər ara vermirdi. Şair dos-tum Ağa Laçınlı yarızarafat, yarıciddi mənim gəlişim şərəfinəbədahətən belə bir şeir oxudu:Gəldiyin yer Zəngilanla Qubatdı,Bizim Laçın ondan bir az babatdı.Bağışla ki, yollar səni yubatdı,Xoş gəlibsən bu yerlərə, Zəlimxan!Bəxtəvərli günlərimiz idi. Oğuldərəni, Şəlvə dərsini gəzə-gəzəye ni şeirlər yazmışdım. Onlardan biri də Ağa Laçınlıya həsrolun muşdu. Laçının bugünkü günlərini gözümün qabağına gə -tirib o günləri xatırladım. Elə bil yarama duz basdılar. Laçınınhəsrətiylə alışıb-yanan Ağa Laçınlıya yazdığım şeiri bir təsəlli ki -mi kitaba daxil etməyi məsləhət bildim.

Oğuldərə kəndi, Laçın oylağı,Qaldırar Günəşə, Aya şairi!Axar nəğmələri Həkəri kimi,Oxşadar ilhamı çaya şairi!

Onda bir Çalbayır təbiəti var,Döndərməz üzünü nə qış, nə bahar.Çəkər imtahana şaxta, boran, qar,Şimşəklər çağırar toya şairi!

Soruşar Yaxşını, yarı bulaqdan,Götürər mayanı, varı bulaqdan.İçər Sarı kimi Sarı bulaqdan,O dağlar yetirər boya şairi!

Baxar bu dünyaya Qatar qayadan,Küləklər qəmini atar qayadan.Səsi zirvələrə çatar qayadan,Olar dağ övladı, qaya şairi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets