Haray
Oyan, nə yatmısan Koroğlu babam,Ustadım, sərkərim, ozanım, haray!Tüfəng çıxan günü mərdlik gedəndə,Düşdü bağçamıza xəzanım, haray!
Hanı Dəmirçioğlu, hanı Xan Eyvaz,Dur, yeni tarixi öz əlinlə yaz.Bir əlində qılınc, bir əlində saz,Döyüş mahnıları yazanım, haray!
Göylərin günəşi saralan günü,İgidin meydanı daralan günü,Millətin yığvalı qaralan günü,Köhnə dəmir kimi qızanım, haray!
Bu gün qan gölüdü hər tərəfimiz,Bu gün qorxudadı şan-şərəfimiz.Yuxuda gördüm ki, batır səfimiz,Hardasan, yuxular yozanım, haray!
Qarış təpərimə, həyəcanıma,Qorxunu, hürkünü qoyma yanıma.Ana südü kimi keçib qanıma,Qan kimi damara sızanım, haray!
Azaddı, məhkumdu, dardadı gəlsin,Başı borandadı, qardadı, gəlsin.Hardadı, hardadı, hardadı gəlsin,Öz vaxtım, öz günüm, öz anım, haray!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-haray
Use ← → keys to move, R for a random poem
More by this author
Yanaqlar qızarır yaş çoxalanda,Titrəyir yollarda diz, qocalırıq.
Bir olmurDostum, gileylənmə yaddan, yaxından,Əzəldən belədir, hamı bir olmur.
Nəğmə istəyirəm, elə nəğmə kiNəğmə istəyirəm, elə nəğmə ki,Eşqimə, ruhuma həmahəng ola.
Ustad aşığaÜrəklər bu gün də əzizlər onu,Nəğməli dillərin Ələsgəridir.
Poems by other poets
Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
BəniHikmətindən sual olmazSənsin kərəmlər kani.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Gəl, ey Misri-dilim dilbərGəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.