Ordum varsa, yurdum var
Mənə ordu gərəkdir, xəstəyə dərman kimi,Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi.Mənə ordu gərəkdir sarsılmaz cahan kimi,Ordum varsa, yurdum var!Ordum yoxsa, yurdum yox!
Düşmənin yuvasını əlimlə pozmalıyam,Səngəri dırnağımla, dişimlə qazmalıyam.Tarixi qələmlə yox, qanımla yazmalıyam,Ordum varsa, yurdum var!Ordum yoxsa, yurdum yox!
Gözlər od, əllər silah, canlar sipər olmalı,Kirpiyimiz sıxlaşıb yurda çəpər olmalı.Damarda qan coşmalı, canda təpər olmalı,Ordum varsa, yurdum var!Ordum yoxsa, yurdum yox!
Bizə od vuranları yandırıb-yaxan gərək,Torpağa, gözümüztək qoruyub baxan gərək.Qəzəb dolu tüfəngəm, çaxmağı çaxan gərək,Ordum varsa, yurdum var!Ordum yoxsa, yurdum yox!
Torpağa sahib olub yer üstə yerləşməsək,Bir canda, bir ürəkdə, bir ruhda birləşməsək,Millətin taleyini dürüst fikirləşməsək,Özgələrdən bizlərə dırnaq qədər yardım yox,Ordum varsa, yurdum var!Ordum yoxsa, yurdum yox!
İnamsız bir qartalın qanadları gərilməz,Döyüşsüz azadlığın meyvələri dərilməz.Şəhidsiz bir millətin vətən ruhu dirilməz,Oğullar ola-ola necə deyim mərdim yox,Ordum varsa, yurdum var!Ordum yoxsa, yurdum yox!
Nə Tanrıdan əl üzüb, nə haqdan küsmək gərək,Qaniçən yağılarla hesabı kəsmək gərək.Vətənin hər daşının üstündə əsmək gərək,Bu gün desəm gec olar, bu an tələsmək gərək.Bu gün mənim həyatda bundan böyükdərdim yox,Ordum varsa, yurdum var!Ordum yoxsa, yurdum yox!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ordum-varsa-yurdum-var
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Ərzəyin yaylağı, Gözəl oylağı,Bir zaman yadıma Başdıbel düşər.
Oxuyan Təbriz(Aşıq Hüseyn Cavanla İstisu*yaylaqlarında görüşümüzdən təəssürat)*
Mə’bədBir yığın daş kömülmüşdür torpaqların qoynundaDün keçərkən həzin bir səs dinləyirdim mən onda.
Türkün sevgisiDünyaya iğitlik doğan anadır,Yolu gündoğandan günbatanadır,