Ağladı
Mat qaldım, şahımın kəsildi yolu,Evim yasa batdı, xanam ağladı.Dediyim arzuya çata bilmədim,Gözləri yolçəkən sonam ağladı.
Bəxtimə bənzətdi nənəm sacını,Göynətdi bu kəlmə qardaş-bacını.Duyanda çəkdiyim ağrı-acını,Atam hirsləndi, anam ağladı.
Qarlı qışa döndü gözümdə aləm,Sandım, təkcə mənəm qismətində kəm.Yaxşıca taladı Zəlimxanı qəm,Şair gözlərində inam ağladı.
1973, 3 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-agladi-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Qurban Pirimovun xatirəsi
Özünün yasında o tar çalırdı,qatarından qalan “Qatar” çalırdı.
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Taleyin acığınaTale ki, var o sənsən,Çatdır işini sona.