Adəm bir buğda yemişdi,İndi zəmi yeyənlər var.“Ac qalmışam” deyə-deyəBu aləmi yeyənlər var,İştaha bax, aman Allah!

Daş da olsa əridəsiBaşdan hündür qarınlar var.Hazırına nazir olanQarın yüklü harınlar var,Tamaha bax, aman Allah!

Bircə qarış torpaq üstəÖldürənlər, ölənlər var.Xalqı alıb çörək kimiTikə-tikə bölənlər var,Günaha bax, aman Allah!

Bir əjdaha ağız açıb,Çaylar ona bəs eləmir.Hələ ki ağzı sudadı,Çox hündürdən səs eyləmir,Timsaha bax, aman Allah!

Bu dəyirman dəni yedi,Keçib bizi üyütməyə.Basılmalı düymələr var,Dərdimizi böyütməyə,Silaha bax, aman Allah!

Qurdalasa, qurdu çıxar,Dərinə getmək istəmir.Üzü yerdən elə dönübBizi eşitmək istəmir.Allaha bax, aman Allah!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love