Dedim, qəmsiz insan yoxdu dünyada,İnsan bir bu qədər ağlamaz, ana!Köhnə yaraları gətirib yada,Övlad ürəyini dağlamaz, ana!

Şikayət edirsən öz taleyindən:“Anam ölüb getdi, bəs atam hanı?!Ata qayğısına çox həsrətəm mən,Onlardan aldığım arzu-kam hanı?!”

Nəmli bulud kimi dolursan hərdən,Özün öz halına layla çalırsan.Vaxt olur yorulub, dincəlib bəzənXəyallar qoynunda fikrə dalırsan.

Qardaş baxışları yada düşəndə,Süzülür gözündən yaş gilə-gilə.Kədərdən bir dünya yaranır səndə,Sonra bayatını çəkirsən zilə.

Bir at mindim, başı yox,Bir çay keçdim, daşı yox.Cavan yaşlı ananınİstəkli qardaşı yox.

Ana, əziz ana, neyləyim ki, mənNə atan, nə anan, nə qardaşın var.Ah-vay fayda versə onu bil ki, sənAğlaram, yaşımdan dərya yaranar.

Gül, ana, gül, ana, ağlama, bəsdi,Axı ağlamağın nədi faydası.Deyinmək, sızlamaq artıq əbəsdi,Belədi dünyanın qanun-qaydası.

Gül, ana, gül ana, ürəkdən sevin,Bir cüt nazlı qızın, üç əsgərin var.Övlad nəfəsiylə isinir evin,Əməlin daha da olur bəxtiyar.1968, 4-5 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring