Ay nainsaf, döndəribsən üzünü,Salam verrəm, heç almırsan vecə sən.Gözləyirəm, soruşasan halımı,Heç demirsən nə var, nə yox, necəsən?

Kim qatıbdı, qız, ağıya aşını?Az qalırsan yandırasan yaşını.Elə tökdün qabağını, qaşını,Elə bildim ay qaranlıq gecəsən.

1972, 15 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets