Ömrün səhərçağı yatmaq olarmı,Seyrinə çağırır axı, dan məni.Çiçəyin ətridi, çəmənin şehi,Belə avaz verib oxudan məni.

Həyatdı dilimin ən şirin sözü,Gözümün nurudu ocağı, közü.Hələ açılmamış səhərin gözü,Bülbüllər oyadır yuxudan məni.

Xəyalım gəzəndə obanı, eli,“Cəngi”yə köklənir qəlbimin teli.Bilmirəm mənəmmi axıdan seli,Sellərmi, qoynunda axıdan məni.

Başımın tacıdı sevdiyim sənət,Ən uca zirvəmdi sevgi, məhəbbət.Ən böyük varlığam, ana təbiət,Yaradıb ətirdən, qoxudan məni.

1972, 14 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love