Yaşa bu möhləti
Su məni yandırdı, su məni yaxdı,Yandım dodağımdan dilimə qədər.Göynədim, gözümdə göllər titrədi,Yandım içərimdən çölümə qədər.
Həyat baldan şirin, bahadan baha,Büründüm tüstüyə, bələndim aha.Yanmaq sınağından çıxmışam daha,Görmüşəm közümdən külümə qədər.
Buzda don, qarda don, donmağı birmiş,Suda yan, odda yan, yanmağı birmiş,Ömrün çöpə dönüb sınmağı birmiş,Hamı yol gedirmiş zülümə qədər.
Bir sözü deməyə dilim gəlmədi,Bir gülü tutmağa əlim gəlmədi.Zəlimxan, hələ ki, ölüm gəlmədi,Yaşa bu möhləti ölümə qədər.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yasa-bu-mohleti
Use ← → keys to move, R for a random poem
More by this author
Yoxuşlar yolumdu, yollar qismətim,Eniş də məndədi, yoxuş da məndə.
Ulduzların yanınaUşaq ağlım qanadlana, qayıda,Uçam, gedəm ulduzların yanına.
Böyüklər bilərÇayların sürətiniçayda axan sal bilər,
Allahın işinə qarışmaQəlbinə toxunma, dünya dağılar,Ovutmaq çətindi küsən şairi.
Poems by other poets · Death
که بیک جو درم ناسره را نستانند
Həyatda ümidÜmid əgər bu qaranlıq cahanda olmazsa,Kim axtarardı həyatın şəfəqli çeşməsini?
OlubdurBu dünya mülkündə, qədim zamanda,Neçə-neçə nahaq qanlar olubdur.
Mən elə bilirdim müəllim ölməzYenə kəndimizə qayıtdım bu il,Dolandım başına pərvanə kimi.