Ürkək maral kimi baxıb hər yana,Nə üçün düşürsən huya, bilmirəm.Gahdan ağlayırsan, gahdan gülürsən,Mən sənin qəlbini duya bilmirəm.

Güləyən, oynağan şıltaq sevgilim,Hər şeyi açıq de, dərdini bilim.Səninçün ağzımda titrəyir dilim,Səndən qeyrisinə uya bilmirəm.

1968, 7 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets