Bu saz kimi
Təpə-dırnaq dərd oluram, vərəm oluram,“Dilqəmi”yə qanad verən bir qəm oluram,Qərib olur, Məcnun olur, Kərəm oluram,Heç nə məni bu saz kimi oxuda bilmir.
Mən bu sazın dili kimi, əli kimiyəm,Hər xalında məcnunlaşan dəli kimiyəm.Mən bu sazdan yapışanda zəli kimiyəm,Heç nə məni bu saz kimi oxuda bilmir.
Ciyərimiz dərd adlanan bir şişdən keçib,Tilsimdəyik, tilsimimiz keşişdən keçib.Saz neyləsin, baxıram ki, iş işdən keçib,Heç nə məni bu saz kimi oxuda bilmir.
Çeşmə coşur, çay hönkürür, bulaq oxuyur,Könül dinir, dil tərpənir, dodaq oxuyur,Kökün şirin nəğməsini budaq oxuyur,Heç nə məni bu saz kimi oxuda bilmir.
Dumana bax, qəlbim onu qalxan ah bilər,Şah Xətai nələr çəkib, onu şah bilər.Bu saz nədi, bəndə bilməz, bir Allah bilər,Heç nə məni bu saz kimi oxuda bilmir.
Tanrı bizə bu dünyanı tamaşa verib,Eşq odunu gah ürəyə, gah başa verib.Heç kəs mənim dərdim ilə baş-başa verib,Bu saz kimi göz yaşları axıda bilmir,Heç nə məni bu saz kimi oxuda bilmir.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bu-saz-kimi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nəsli-Hacı Çələbinin nəvəsi İsa bəy,Həsən əfəndinin oğlu İsa bəy erkək eşşək
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydıNə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
Mahi-məhərrəm oldu yenə göylər ağladıMahi-məhərrəm oldu yenə göylər ağladı,Düşdü cahäne qülqülə aləmlər ağladı.
امشب از دولت می دفع ملالی کردیماین هم از عمر شبی بود که حالی کردیم