Ey dünya
Ey dünya, qovğadan açılmır başın,Gündə bir savaşın, barışığın var.Qocasan, cavansan – anlamaq olmur,Alnında nə qədər qırışığın var.
Yüklədin ürəyə qəm üstən qəmi,Qurumaq bilmədi gözlərin nəmi.Adəmin buğdası qatıb aləmi,Çox yerdə haramnan qarışığın var.
Açılmır insanın qanadı, qolu,Yüzdən o tərəfə bağlanıb yolu.Vaxt gəlib çatanda zəhərlə dolu,Hər insan ömrünə bir qaşığın var.
Düzlərin genişdi, dağların uca,Qol çatmaz başabaş dünyanı quca.Doymadım baxsam da, yollar boyunca,Maşallah, nə gözəl yaraşığın var.
Sevgin başımızın qızıl tacıdı,Ruhların əbədi ehtiyacıdı.Hər oğlun görkəmdə sərv ağacıdı,Hər qızdan bir yaşıl sarmaşığın var.
Dəryalar qoynunda düşdüm üzməyə,Vayda ağlamağa, toyda süzməyə.Sənin dərdlərini sapa düzməyə,Zəlimxan adında bir aşığın var.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ey-dunya
Use ← → keys to move, R for a random poem
More by this author
“Space” televiziya kanalında “Günaydın” səhər verilişində*çıxış edirdim. Vəfa adlı bir jurnalist xanımın “Zəlimxan*
Ramizin övladı2002-ci il aprelin 26-da Musiqi Akademiyasında Xalq artisti*Ramiz Quliyevin 55 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi*
Mahmudəli ÇöhrəqanlıyaMillətə can-can deyir,Zülmətə qan-qan deyir.
Səadət ButayaMüasir Azərbaycan poeziyasında, qadın şairlər arasında*şeirinin ahəngi, dərdinin rəngi ilə seçilən şairə bacımızdı Səadət*
Poems by other poets
Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
İngilisDamağında Çanaqqala ağısı,Sənm isən türk ellərinin yağısı?
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,