Bir səfərdi çıxmışam,Yol, məni xoşbəxt eylə!Uğur söylə ürəkdən,El, məni xoşbəxt eylə!

Azdı hələ barım, az,Zirvəm təzə, qarım az.Yaratmayan – yarımaz,Əl, məni xoşbəxt eylə!

Nə göyərər, nə bitər,Susmaq ölümdən betər,Bəmdə çaldığın yetər,Zil, məni xoşbəxt eylə!

Sən çiçək, mən ac arı,Sənsiz kim nə bacarı?!Xəzinələr açarı,Dil, məni xoşbəxt eylə!

Çeşmə – ilham, çay – ilham,Ən müqəddəs pay – ilham.De, hardasan, ay ilham,Gəl, məni xoşbəxt eylə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets