Getsin, gəlməsin
Ağrılı günləri mən görməsəm də,Duymuşam anamın çəkdiyi qəmdə.Demişəm sözümü elə o dəmdə –O aylar, o günlər getsin, gəlməsin!O dağlar, düyünlər getsin, gəlməsin!
Gedənlər qırılıb, yarı gəlməyib,Evin yaraşığı, varı gəlməyib,Gör neçə gözəlin yarı gəlməyib,O nakam məhəbbət getsin, gəlməsin!O kədər, o həsrət getsin, gəlməsin!
Eh oğulsuz ata, qardaşsız bacı,Dəyib qəlbinizə min ağrı-acı.Bir də görünməsin qoltuqağacı,41-in havası getsin, gəlməsin,41-in davası getsin, gəlməsin.
1971, 15 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-getsin-gelmesin
Use ← → keys to move, R for a random poem
More by this author
Xəstə göndərməyin qürbət ellərə,Xəstəni əcəl yox, qürbət öldürür.
Köksüz ağacQürbətə salmasın Allah adamı,Qürbət axırına çıxır adamın.
Məmməd aslanaMəni gəncliyimə qaytardın yenə,Çağladı sinəmdə şəlalə, Məmməd.
Mənə oğul deyil, Vətəndaş gərəkTopxana düşməndə, gorxana məndə,Axsın gözlərimdən qanlı yaş gərək.