Kəbənin
Tale yazdı, bəxt oyandı, gün doğdu,Dərgahında qonaq oldum Kəbənin.Səcdəsinə əyildikcə əyildim,Qarşısında yumaq oldum Kəbənin.
Dövrəsində yeddi dəfə dolandım,Hər baxara, hər tərəfə dolandım.Ən müqəddəs bir şərəfə dolandım,Kitabında varaq oldum Kəbənin.
Üstümüzə göydən yağan ətirdi,Ululara ulu hörmət, xətirdi.Qadir Allah çəkdi məni gətirdi,Paklığında uşaq oldum Kəbənin.
Gecələri gündüzlərə qataram,Ən işıqlı diləklərə çataram.Torpaq altda şirin-şirin yataram,Torpağında torpaq oldum Kəbənin!
Mədinə, 1994, iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-kebenin
Use ← → keys to move, R for a random poem
More by this author
Göz yaşımdan zaman-zaman üzüm nəm çəkdi, nəm çəkdi,Başım daşdan-daşa dəydi, ürək qəm çəkdi, qəm çəkdi.
QaldıQarlı bir qış günündətufan qopdu, nə qopdu,
Onun ruhuna söykənSəni yasdan çıxardaq, anam Azərbaycanım,Sil gözlərin yaşını, qaralara bürünmə, gəl!
Bu torpaqAdına dedilər odlar torpağı,Saldı şöhrətini dilə bu torpaq.
Poems by other poets · Fate
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
Sevirəm deyən dodaqlaraSevirəm deyən dodaqlara,Günəşə baxan uşaqlara,
XəzərXəzər maviliyi tale rəngimdi,Ən uca göydələn Xəzərdir mənə.
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?