Könlümü
Bircə diləyim var, ey qoca dünya,Qırma bu incədən incə könlümü.Yandır ömür boyu, yandır şam kimiQocaya, cavana, gəncə könlümü.
Durmasa əməlim zirvələrlə tən,Canıma dərd olar saçımdakı dən.Ömür, nə vermisən özün bilərsən,Salma istəyindən gencə könlümü.
Məni Vətən adlı butaya tapşır,Bir tay tapılarmı bu taya, tapşır.Öləndə o taya, bu taya tapşır,Bu Təbriz könlümü, Gəncə könlümü.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-konlumu-2
Use ← → keys to move, R for a random poem
More by this author
Türkiyə qətiyyət göstərməsə, bizi də itirər,Türk dünyasını da, özünü də.
Qürbətdə görüş1991-ci ilin qış günləri idi. Dostlarım məni Qaza xıs -tanın Çu vilayətinə görüşlərə dəvət etmişdilər. XX əsrin
Sürgün qatarıÇiyni tüfənglilər, əli qanlılar,Allahlıq eləyir, baş aparırdı.
Sürgündə can verdi Cavid ƏfəndiAtasının sürgündə faciəli ölümündən danışan birqadın məni heyrətə gətirdi. İlahi! İnsan insana necə