Məktublar olmasaydı
Məhəbbətin həsrəti qəlbi ruhdan salardı,Arzular uça bilməz, oylağında qalardı.Saçlara dən tez düşər, insan tez qocalardı,Məktublar olmasaydı.
Ürəklərin hər sözü dodaqlarda donardı,Xəyal nə qanadlanar, nə mənzilə qonardı.Hicran ayrılanları balta kimi yonardı,Məktublar olmasaydı.
Eşqin qaynar bulağı quruyar, soğulardı,Gözəllər yaş içində udqunar, boğulardı.Sevincin əvəzinə təhlükə doğulardı,Məktublar olmasaydı.
Qoynunda nə yaşadar həm sevinci, həm qəmi?Nə olardı insanın təsəllisi, həmdəmi?Nə gəzər, nə duyardı könül adlı həmdəmi?Məktublar olmasaydı.
1969, 12 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-mektublar-olmasaydi
Use ← → keys to move, R for a random poem
More by this author
Dədələrin məclisinə düşəydim,Toyda toyum, yasda yasım olaydı.
Allah . yaxşıları sevirBölgədirsə — bu bölgəyə2 ölkə demə,
Gəl, ey səsimə səs verənŞeytan səni çaşdırmasın,Baş vurma çaş dərgahına.
Tanrının adına yaradan dedikGöydə süzmək üçün quşu yaratdı,Yerdə yatmaq üçün daşı yaratdı.
Poems by other poets · Separation
Həmişə eşqinlə eylərəm fəğan, ey dost,Olubdur hər tərəfə göz yaşım rəvan, ey dost.
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
Həsrətin dərdindən, ey can, bağrım oldu parələrHəsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.
Biri mənəm, biri, yarəb, kim olaFələyin əlindən qılan ahu zar,Biri mənəm, biri, yarəb, kim ola?