Türkün sehrkar oğlu, möcüzələr ustadı,İnsanı daş eylədi, daşdan insan yaratdı!Dindirdi tarixləri naxışların diliylə,Nəfəs qatdı rənglərə, ruh verdi, can yaratdı!

Bu qüdrət necə sığıb bir ömrün sərhədinə,Bir cahanın içində min-bir cahan yaratdı!Harda heyrətə gəldim, harda ki heyran oldum,Soruşanda dedilər: Memar Sinan yaratdı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets