Məni də göndərdi buğda dalınca
Yunus Əmrəyə
Məni də cavankən çöllərə saldı,Bir çarıq, bir əsa, bir əba verdi.Məni də göndərdi buğda dalıncaYol verdi, at verdi, araba verdi.
Tapdım ərənimi, tanıdım əri,Ona hizmətdəyəm o gündən bəri.Dedi abad elə bu könülləri,Nə qədər dağılmış xaraba verdi.
Tanrıya sirdaşam, haqqa yaram mən,Dünən yox olmuşdum, bu gün varam mən.Tək olan Allaha minnətdaram mən,Mənə Yunus kimi bir baba verdi.
2010, 21 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-meni-de-gonderdi-bugda-dalinca
Use ← → keys to move, R for a random poem
More by this author
Göydə süzmək üçün quşu yaratdı,Yerdə yatmaq üçün daşı yaratdı.
Bütün ürəkləri sevindir, AllahıAllah, xoşbəxtliyi tək mənə vermə,Əlləri ümiddən üzülənə ver.
Qoşa Qurbanım varDumduru çeşməyə dönmək istərəm,Əyilib gözümdən bir içən olsun.
Gedənlərə rəhm eyləsin haqq. bir azÇox baxmısan şəhərlərin rənginə,Dön indi də bu dağlara bax bir az.
Poems by other poets · Divine love
Düşmüşəm qəm dəryasına ummanda üzən mənəm,Röyada çərxi aləmi dövr edib gəzən mənəm.
Yoxdan var edilən...Neçin birdən saraldın,söylə, yaşıl çəmənim?
İki aləmdə sultandır qələndərİki aləmdə sultandır qələndər,Qədim küfrü imandır qələndər.
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yetQərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.