Neylədin
Səndən yaman incimişəm,“Dağlar, Eyvazı neylədin”.Nə tez verdin qarlı qışı,Çiçəkli yazı neylədin.
Çıxıbdı dünyanın bici,Hanı Koroğlunun gücü.Belində Misri qılıncı,Əlində sazı neylədin.
Ələ düşməz keçən dəmlər,Zəlimxanı bükər qəmlər.Yar olmur dərdə həmdəmlər,Çəkməyə nazı neylədin.
1973, 11 oktyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-neyledin
Use ← → keys to move, R for a random poem
More by this author
Şairlərimizin könül dostu*Mikayıl Mirzənin teatrı üçün monoloq*
Açın ürəyimi, həkimlər, açınSabah İstanbulda Cərrahpaşa xəstəxanasında şair*qardaşım Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı*
Haqq-ədalətDünyanın müxtəlif ölkələrində fəaliyyət*göstərən erməni təşkilatları Dağlıq Qarabağ*
Yurd ağrısı“Xəzər” jurnalının 2-ci sayında (1977) sevimli yazıçımız Mövlud*Süleymanlının “Ev ruhları” əsərini göz yaşı içində oxudum. Didər -*
Poems by other poets
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
بتان چو زلف مسلسل به تاب میسازندبه گردن قمر از مو طناب میسازند
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.