Olar
Ürəyin sazdırsa, sazı gözləmə,Telsiz, təzənəsiz dil açmaq olar.Qəlbində yaz varsa, yazı gözləmə,Qışın ortasında gül açmaq olar.
Anlasan dilini odun-ocağın,Duysan nəfəsini doğma torpağın,Elə genişlənər qoynun, qucağın,Gəl deyib dağlara qol açmaq olar.
Ona arxalandın ər oğlu, ərsən,Əllərin sevinər barını dərsən.Nə qədər torpağı yaxşı becərsən,O qədər süfrəni bol açmaq olar.
Dağılmaz, pozulmaz nizamın olsa,Özüllü, mayalı ilhamın olsa,Daşı mum eyləyən inamın olsa,Daşın da qəlbinə yol açmaq olar.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-olar-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Görən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
QarğışLap beşikdə, bələkdəEşitdik bu qarğışı:
Sevərlər səniMüğənni ən incə teli gözləyər,Nəğmə gözəllikdir – ona göz dəyər.
VətənKalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,