Qırılan meşələr
Meşə yoxdursa ək,çoxdursa qırma, azdırsa, qoru!Atalar sözüBir zamanlar burda meşə var idi,Bu meşədə tər bənövşə var idi.Bənövşəsi ətirlərdi dünyanı,Dünyasında sevinc, nəşə var idi.Nəşəsində şeriyyəti tapardıq,Şeriyyətdə min hikməti tapardıq.Bu hikmətdə sehrə, gücə bağlanıb,Sehrindəki təbiəti tapardıq.Təbiətdən bol olardı payımız,Payımızda bulağımız, çayımız.Çayımızda duyğuların nərəsi,Bu nərədə harayımız, hayımız.Bir zamanlar burda bulaq var idi,Bulaq üstə yanan ocaq var idi.Ocağında gözümüzün işığı,İşığında yaşıl yaylaq var idi.Yaylağında sayrışardı çiçəklər,Çiçəklərdə döyünərdi ürəklər.Ürəklərdən zirvələnib uçardı,Zirvə deyən xoş arzular, diləklər.Gözəlliyin əlacını kəsdilər,Meşələrin ağacını kəsdilər.Qaqqıltısı könül açan yerlərin,Kəkliyini, turacını kəsdilər.Qurutdular bulaqların suyunu,Kim çalacaq dərələrin toyunu?Nəslin yerə kök atması çətindi,Qoca palıd göstərməsə boyunu!Meşə varmı dərd açasan bəyinə,Qartal varmı boylanasan göyünə?Ağla, könül, təbiətin halına,Quru yerin torpağı nə, göyü nə!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qirilan-meseler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Görməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən
Qəmər!Odamda bir gecə səbrim tükəndi, bitdi məcalım,Vücudum atəşi-humma içində həp yanıyordu.
فریب رهزن دیو و پری تو چون نخوریکه راه آدم و حوا زده است دیو و پری
GöründünLalə, nərgiz içində qız,Hər güldən ötkün göründün.