Şair xoşbəxtliyi
Şair nə vaxt xoşbəxt olur?Sözü gültək dərən günü.Duyğuları ürəklərdə,Çiçək kimi sərən günü.
Şair nə vaxt xoşbəxt olur?Haqqa könül verən günü.Sinəsini tufanlara,Qaya kimi gərən günü.
Şair nə vaxt xoşbəxt olur?Yaradanı görən günü.Onun könül dünyasına,Tanrı söz göndərən günü.
Şair nə vaxt bədbəxt olur?Fikrin pərən-pərən günü.Dəftər, qələm əldən düşüb,İlham üz döndərən günü.
2002, 11 aprel
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sair-xosbextliyi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Gözüm açdım mayıl oldum humaya,Dəryası nur, cəzrəsi nur, dağı nur.
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Ayrı salmasınBaşına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.
Uzun dəryaBəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.