Bütün əbədilər müvəqqətidir,Yalandır Allahın özündən özgə.Əzəldən axıra, əvvəldən sona,Kim gördü Allahın gözündən özgə?

Solub getməyi var bütün üzlərin,Üz yoxdur Allahın üzündən özgə.Tanrının sözüdür bütün şairlər,Söz yoxdur Allahın sözündən özgə.

2002, 8 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love