Sənə həyat dedim, o gündən bəriKönlümə əbədi maraq gətirdin.Sənə qanad dedim, yarıb göyləriƏngin üfüqlərdən soraq gətirdin.

Sənə bahar dedim, dünya gül açdı,Təmiz nəfəsinlə, tər gülüşünlə.Min ürək oxşadı, min könül açdı,Bir yaz çiçəkləndi hər gülüşünlə.

Sənə səhər dedim, nəğməli səhər,Axşam düşəndə də, dan atanda da.Qəlbimə güc verdin bu torpaq qədər,Böyük bir arzuya can atanda da.

Bəzəsin ömrünü bahar da, qış da,Yarış gözəllikdə çiçəklə, dedim.Dil də yalan oldu, göz də, baxış da,Sənə nə dedimsə, ürəklə dedim.

1977, 15 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring