Ürəyim, ay ürəyim
Birnəfəsə səninləyeddi bələn aşardıq,Sellər kimi kükrəyib,sular kimi daşardıq.Zirvəyə salam verib,dağla qucaqlaşardıq,Ürəyim, ay ürəyim.
İman adlı işıqda,sevgi adlı dindəsən,Eşqin göy yaylağında,yaşıl sinəsindəsən.Sən qaya köksündə yox,şair sinəsindən,Səni mənə ilahipay verib, pay, ürəyim.
Ruhumuz göylərdədi,yerdə cana sığmırıq,Cahan bizə sığışır,biz cahana sığmırıq,Çox imtahan vermişik,imtahana sığmırıq,Sən bir qaynar çeşməsən,mən dəli çay, ürəyim,Ürəyim, ay ürəyim.
Yarıyaşa çatmamışməzarımız qazılsa,Adımız, soyadımızbaşdaşına yazılsa,Əhdimiz unudulub,dostluğumuz pozulsa,Yazıqlar olsun sənə,vay sənə, vay ürəyim,Yazıqlar olsun mənə,vay mənə, vay ürəyim.
Almaniya, Münster şəhəri, 2008, 15 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ureyim-ay-ureyim
Use ← → keys to move, R for a random poem
More by this author
Bir od axdı ürəyimdən dodağıma,Sətir-sətir sözlər düşdü varağıma.
Yaxşı ki...Yaxşı ki, zirvələr sal buzdu,Hər saat çıxmaq olmur.
Memar SinanTürkün sehrkar oğlu, möcüzələr ustadı,İnsanı daş eylədi, daşdan insan yaratdı!
TapşırıqTürkiyəyə gedirsən, uğurlar olsun sənə,Dumanlı suallara aydın bir cavab gətir!
Poems by other poets
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
GörməzmiBunca zülmdür mənə eylərsən,Adəm məgər heç insafa gəlməzmi.