İnsan niyə vurulurada, şana-şöhrətə,Dünyanın sərvətində,zərində nə var görən?Rahatlıq yoxdu yerdə,Adəm yerə düşəndən,Bu xaraba dünyanınyerində nə var görən?

Ağrımız çoxalandayaranı keyitmədi,Dərdi hər gün böyütdü,sevinci böyütmədi.Eh, bu qoca dəyirmankimləri üyütmədi,Dəyirmanın çarxında,pərində nə var görən?

Təmiz ürək gözəldi,isti can, isti nəfəs,Kin-küdurət bağlasa,hisdi can, hisdi sinə.Düşəndə təbiətinoduna, istisinəNiyə kölgə gəzirik,sərində nə var görən?

Savaşların, qanlarıngöz açmırıq yasından,Təmizlənə bilmirikpaxırından, pasından.

Niyə əlini çəkmirdünyanın yaxasından,Şeytanın fitnəsində,şərində nə var görən?

Uyduq fani dünyanınadətinə, dəbinə,Möhtac olduq axırdadərmanına, həbinə,Ömrü boyu can atdıqdəryaların dibinə,Heyif, bilə bilmədikdərində nə var görən?

Almaniya,Münster şəhəri, 2008, 16 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets