Vətəndə qürbəti heç düşünmədim,Qürbətə düşdüyüm an “Vətən!” dedi.Qəlbim arı kimi elə sızladı,Bağrımın başında şan “Vətənl” dedi.

Allahı, vallahı söz olan dilim,Yurdun hər sözünə göz olan dilim.Ağzımın içində köz olan dilim,Axşam harayladı, dan “Vətənl” dedi.

Nədir bu sözdəki ilahi qüdrət,Dizlərə taqətdi, qollara qüvvət?Elə ki birləşdi həsrətlə qürbət,Ürək parçalandı, can “Vətənl” dedi.

2004, oktyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love