Sandıqdan səslər

Бахтияр Вагабзаде
  • Поэзия
  • XX–XXI вв.
  • 10 произведений
  • Время чтения: 12 мин
Начало книги
Sovetlər İttifaqı dağılandan sonra arxivimi araşdırdım, gənclik illərindən yazmağa başladığım gündəliklərimi, çap olunmamış şeirlərimi varaqladım, keçdiyim yolları dəftər səhifələrində yenidən keçib həm fərəhləndim, həm də təəssüfləndim. Ona görə fərəhləndim ki, gənclik illərimdə də həqiqəti görmüş, ağı qaradan seçə bilmiş, duyğularımı, fikirlərimi qəlbimdə gizlətməmiş, müəyyən qədər yazıya köçürə bilmişəm. Ona görə təəssüfləndim ki, ömür yollarında büdrəmələrim də olmuş, duyğu və fikirlərimi açıq-aşkar və tam dəqiqliyi ilə yaza bilməmiş, zamanın tufanlarından ehtiyat etdiyim hallar da olmuşdur. O dəhşətli illərdə çapa verə bilmədiyim, yalnız yazmaqla təsəlli tapdığım bu şeirlər qəlbimin fəryadı - yəni, o zamanın ağrı, acılarıdır. 1950-ci illərdən Sovetlər İttifaqı dağılana qədər yazılmış və arxivimdə gizlədilmiş bu şeirlərin bir qismi ilk dəfə "Nağıl-həyat" (1991), "Ümidə heykəl qoyun" (1993), "Körpü çaydan uzaq düşüb" (1996) kitablarımda, tam halda isə 7 cildlik "Əsərləri"min 6-cı cildində (2003 "Sandıqdan səslər" başlığı altında çap olunmuşdur. Burada verilən şeirlər onların yalnız cüzi bir qismidir.
Начать читать

Содержание

  1. MüəllifdənSovetlər İttifaqı dağılandan sonra arxivimi araşdırdım, gənclik illərindən yazmağa başladığım gündəliklərimi, çap olunmamış şeirlərimi…Поэзия · 1 мин
  2. Nağıl - həyatAnam olsan belə, ay anam, xeyli,Поэзия · 2 мин
  3. Hörümçək tor bağladıTariximiz danıldı,Поэзия · 1968 · 1 мин
  4. QorxuMən qorxuram, sən qorxursan,Поэзия · 1972 · 1 мин
  5. Belə qalmazSabir demiş, "Biz ərlərik",Поэзия · 1974 · 1 мин
  6. Diz üstəO, çox əzəmətli, çox qüvvətlidirПоэзия · 1 мин
  7. MüsavatZülmətlə savaşlarda zəfər çaldığı gündən,Поэзия · 1977 · 1 мин
  8. Səbr elədikAçan gündən gözümüzüПоэзия · 1979 · 2 мин
  9. Lal - karDil açmada lallıq da gedər, karlığımız da.Поэзия · 1 мин
  10. Başqasının yasındaDərindir, qorxuludur sakit axan lal sular.Поэзия · 1981 · 1 мин