Diz üstə
O, çox əzəmətli, çox qüvvətlidirBöyükdür,Nəhəngdir və qüdrətlidir.Bunu çox eşitdik, çox dedik düzü.Çox deyib, alçaltdıq öz-özümüzü.Onun böyüklüyü aydındır bizə.
Bir baxaq,Bir görək,bilək, biz nəyik?O, böyük görünür gözlərimizəNədən ki, özümüz diz üstündəyik.
Kiçildik, biz ona böyük dedikcəYetər bu səcdələr, bu diz çökmələr.Biz onun önündə iməklədikcəƏzdi başımızı nallı çəkmələr.
Duraq ayaq üstə!Axı, ərik biz.Qalxsaq, o kiçilər, böyüyərik biz.
Avqust, 1976, Şəki
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-diz-uste
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mən mənəm mən, kim, qəbuli-həzrəti-şahəm bu gün,Xəl’əti-şahi geyib, məqbuli-dərgahəm bu gün.
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsinMəgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
Qoyun yuyulmaBol fəsəli yağlandı,Süfrələrə bağlandı.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.