Qoyun yuyulma
Bol fəsəli yağlandı,Süfrələrə bağlandı.Sürüləri yüməyə,Fəsəlini yeməyəGetdi bütün cahıllar,Evdə qaldı ahıllar.Cumpuzlardan basdılar,Dərin yüyəd kəsdilər.Keçiləri böldülər,Qoyunu gölə sürdülər.Qaldırdılar fışqırtı,Tüfəngatma, çığırtı.Birin tutub qolundan,Öyəşləyib dalından,Çoban gölə tulladı,Qoyunlan urladı.Bu qoyunun dalmca,Birisi qalmayıncaSürü bütün sığandı,Batdı suya, islandı.Sadırlan yüyüldü,Çirki, pası töküldü.Gün dəydi, qızındılar,Çıxdılar çırpmdılar.Yunlan pardaqlandı,İpək kimi sallandı.Ondan sonra çobanlar-Cahıllar, beyniqanlarİtələyib bir-birin,Batırdılar özlərin.Patavalı, papaqlı,Başlı, gözlü, ayaqlı,Süzələnmiş çıxdılar,Paltarlann sıxdılar,Yüyədçilər - zirçiklər,Uşaqlar, həm böyüklər.Ala iti tutdular,Onu da gölə atdılar.Qaqqıldaşıb güldülər,Qayıdıb evə gəldilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haci-kerim-sanili-qoyun-yuyulma
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
CananımınFələk rəğminə bir nəzərGörsəm üzün cananımın,
Qəzəl: Bağı-hüsnündə bu sünbüllər ki dəstədirBağı-hüsnündə bu sünbüllər ki dəstədir,Sayəsində xətti-müşkin sübzeyi-nurəstədir
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,