Bağı-hüsnündə bu sünbüllər ki dəstədir,Sayəsində xətti-müşkin sübzeyi-nurəstədir

Ağzıma öpdük deyə hərdəm canıma cövr eyləmə,Ya ki bühtan etdin, ey qönçəlib, yox nəstədir

Halini ərz etməyə şahi-gülə bülbüllərinQönçeyi-nuxiz guya naməyi-sərbəstədir

Tazə-tazə dağlarilə saidi-zibayi-yar,Şöylə rəngin görünür guya ki bir gül dəstədir

Çeşmi-bimari-nigarın qanə pərhiz eyləməz,Anınçün Nitqiya hərdəm oxunu xəstədir

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви