Qəzəl: Təkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıq
Təkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıq,Görən dir: xoş yaratmışdır dəhanında şəkərxalıq
Qəmər əksikliyin bilsə, əcəbmi dövri-hüsnündə,Bu gün səndə təmam olmuşdur, ey mah, qərralıq
Cəmalın müshəfində xoş yaratmış xətti-reyhanın,Həzaran həsənət xətm olmuşdur hüsnündə zibalıq
Göyə ki başı irsə sərvi-ra'nanın nə canı var,Ki ərz edə nihali-qamətinin yanında ra'nalıq
Saqın incimə, Nitqi sözlərinə, ey gülü nazik,Çü eyb olmaz, bilirsən, bülbüli-şeydaya güyalıq
Kitabxana.az · https://kitabxana.az/ru/works/nitqi-sirvani-qezel-tekellum-eyleyib-lelin-qacan-qilsa-sekerxaliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey gül-ra'na, məni cövr ilə nalan eyləmə,Razımı bülbül kimi aləmdə dastan eyləmə
Qəzəl: Xəddin qoymadı çöhreyi-güldə lətafətiXəddin qoymadı çöhreyi-güldə lətafəti,Qəddin qopardı başına sərvin qiyaməti
Qəzəl: Düşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimiDüşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimi,Aqibət atəşi-eşqinlə sənin yana kimi
Qəzəl: Afaqı tutdu gün kimi yarın gözəlliyiAfaqı tutdu gün kimi yarın gözəlliyi,Məhv etdi mehr ü mahı nigarın gözəlliyi