Dəniz
Dostum İ.İslama
Üfüqlərə başınıQoyub uzanmış dəniz...Onun böyük qəlbindəKiçik bir duyğu kimiÇırpınır dağ gövdəli,Dağ siqlətli gəmimiz.-Mən,Baxıb, göyərtədən
Görürəm ki,Tullayır biri yemiş qıçası,Biri kağız parçası,O biri, nə bilim, nə -Dənizin saf qəlbinə.Dəniz coşub-daşmayır;Suları çaxnaşmayır.Sakit əzəmətiylə,Gücüylə,QüdrətiyləOna atılanlarıSaflığına qərq edir.Fikir verib görürəm:Dəniz yenə təmizdir.Dəniz yenə dənizdir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-deniz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Arif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
Səthi-cahan gülüstana dönübdürXələt geyib zümrüddən ağaclar,Ciçəklərdən boynun əyib budaqlar,
Məhəbbət əşarıBir lalərüxəm, eşqimə sultan ola bilsən,Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.
Qız işığıGecələr şam kimiƏriyib keçir...