Ana
Demirəm göy kimi ucadır adın,Yox, yox alçalmasın söhbətin, sözün.Sən ki yaranışdan oxşar olmadın,Ancaq özün kimi böyüksən özün.
Əyilib alnından öpəndə hərdənKönül dodağıma bir də öp, - deyir.Ağarmış saçına əl vuranda mənƏlim Şah dağının başına dəyir,
Mən səni bağrıma basanda bərk-bərk,Gör nələr düşünüb, nələr duyuram!Elə bil Göyçaydan KamçatkayadəkVətən torpağını qucaqlayıram.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-ana
Клавиши ← → для перехода, R — случайное стихотворение