Şəhərim!
Parıl-parıl parıldayır küçələrÖtən bulud səpələyib yağışı.Mənim Bakım gözəl olur gecələrSinəsində milyon işıq naxışı.
Pəncərələr açılmışdır taybatayGəl, qulaq as şirin-şirin hər səsə.Mahnımızla göydə saysız ulduz, ay,Səhərədək sanki gəlir həvəsə.
Xəzərimin sularına sal nəzər,Ay işıqlar elə bil ki, ilandır.Sahilində oğlan gəzər, qız gəzər,Ceyran, maral deyərsən ki, yalandır.
Qız qalası Bakımızın vüqarı.Bilinməyir hələ neçə yaşın var.Qız qalası, qatar-qatar divarı,Qız qalası, oyuq-oyuq daşı var.
Parıl-parıl parıldayır küçələrÖtən bulud səpələyib yağışı.Mənim Bakım gözəl olur gecələr,Sinəsində milyon işıq naxışı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-cabbarzade-seherim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
چیست جرم من که باز از چشم یار افتادهاممعتبر بودم ز چشم اعتبار افتادهام
باغبانی، قطرهای بر برگ گلدید و گفت این چهره جای اشک نیست
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,