Məzəli mahnı
“Magistral” filmindən
Qız sevdim Nargilə,Tutdum şirin dilə.Dedim gəl əhd eləyəkAy, qız bundan belə,sevirəm,sevirəm,sevirəm,Yox, yox, yox,Qadanı mən alım,Başına dolanım,Durulum bulanım,Ay qız, ay qız.
Neçə gündür inan,Yata bilmirəmVəslinə ey canan,Çata bilmirəm.Neyləyim kimə söyləyimBu dərdi?
Qadanı mən alım,Başına dolanım,Durulum, bulanım,Ay qız, ay qız.
Ay qız maaşım var;Altımda maşın varHər qəmzən göz üstədirBollu daş-başım var,sevirəm,sevirəm,sevirəm,Mən, mən, mən!Olmuşam aşiqin,Gözümün işığı,Mənim yaraşığım,Ay qız, ay qız,Qız dedi: – daş-başınBaşına dəysin!Qadam o sürdüyünMaşına dəysin!Neyləyim kimə söyləyimBu dərdi!Qadanı mən alım,Başına dolanım,Durulum, bulanım,Ay qız, ay qız.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-cabbarzade-mezeli-mahni-2
Клавиши ← → для перехода, R — случайное стихотворение