Bir ay tamam olmamış göz açdığın həyata,Sifətində gülümsər bir bahar görürəm mən.Kiçik dodaqlarının deməsiyçün bir “ata!”,Ömrümün yarısını indidən verirəm mən.Yatırsan mışıl-mışıl ananın qucağında,Nə səsimi eşidir, nə sözümü qanırsan.Xırdaca beşiyində – öz isti qundağındaBəzən haray qoparır, bəzən xumarlanırsan.

Bu adətdir əzəldən, atalar övladınaÖmürlük bir yadigar, bir miras qalsın deyə,Yoxsul bir daxma qoymuş balasının adına,Dövlətli kaşanələr tikdirmişdir hədiyyə.

Görürəm ki, yatırsan yuxun baldan dadlıdır,Duymayırsan atanın bu gecəki halını,Onun şair xəyalı indi quş qanadlıdır,O indidən düşünür oğlunun iqbalını.

Yəqin ki, mən də bir gün karvanımı çəkərəkKöçəcəyəm dünyadan, yumaraq gözlərimi,Atan səni etsə də, darıxma, vədəsiz tərk,Mən səninçün qoyuram öz ürək sözlərimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов