Gənc deyiləm, bilirəm, qırxa yaxındır yaşım,Sevmişəm, sevilmişəm, köçüm – külfətim də var.Sevgilim dönüb olmuş indi həyat yoldaşım,Arzularım bar verib, meyvələri – uşaqlar.

İndi öz evimdədir gözlərimdə gördüyüm,Sevib könül verdiyim qız, həyat yoldaşımdır.On üç il gün keçirib, birgə ömür sürdüyümSözündə, ilqarında düz, həyat yoldaşımdır.

İndi nə intizardan ürəyim döyünməyir,Nə “Birdən gəlməz” deyə əsim-əsim əsmirəm.Nə azı dörd-beş dəfə soyunub geyinməyir,Nə də vaxtından qabaq görüşə tələsmirəm.

İndi dilim dolaşmır sözümü deyən zaman,Özümü itirmirəm hər dəfə görüşəndə.(Ancaq neyləyim ki, mən, belə yaranmış insanQəlbinə də dəyirəm, bəzən yeri düşəndə).

Atalar bilər bunu, ömrümün üç meyvəsiÜrəyimdən, gözümdən, özümdən əziz olmuş.Onların dil açarkən, bircə “ata” deməsiHəyatımın ən şirin sözündən əziz olmuş.

Kiçik ailəmizdə günlərimiz keçir şən.Demirəm ki, yuxusuz gecələr olmayıbdırSübhədək dayanmışıq beşik başında bəzən,Amma ürəyimizdə qəm-kədər olmayıbdır!

Sevgilim oyanmasın deyə şirin yuxudan,Bəzən səhərə kimi yummamışam gözümü.Uşaqlardan birisi “ana!” çağıran zaman,Beşiyinin üstünə atmışam mən özümü.

Qolum yastığa dönmüş, sinəm yorğana dönmüş,Nəfəsimlə isinmiş uşaqların bədəni.Büdrəyib yıxılanda ürəyim qana dönmüş,Onların gülüşləri bextəvər etmiş məni.

Qınamayın a dostlar, söyləyirəm özümdən,Görürəm ki, mənim ilk arzularım verir bar.Saçlarıma düşsə də indi yavaş-yavaş dən.Amma qəlbimdə hələ çoxlu arzularım var.

Onlar sizə bəllidir, desəm də, deməsəm də,Bir ata ürəyilə düşünürəm bunu mən.Deyirəm, hicran dağı qövr etməsin sinəmdəSevincim bir quş kimi qoy uçmasın əlimdən!

Qızılcanın ayağı kəsilsin qapımızdan,İstərəm mənə gəlsin onlara gələn qada.Çıxsınlar polad kimi çoxlu qışdan, payızdan,Hələ çox arzularım bağlıdır üç övlada.

Nəfəsimlə isidib böyütmüşəm onları,Yad ellər dolaşmasın xoşbəxt beşiklərində!Ömrüm başa yetməmiş, hələ deyildir yarı,Nəfəsimlə durmuşam yenə keşiklərində!

İstəmirəm büzülsün bir balamın dodağı.Gülsə bütün balalar bütün dünya gül olar.Qəzəbimdən ah desəm mən bir ata sayağı,Bombalar nəfəsimlə partlamadan kül olar!

Qoy yenə sıxlaşmasın göydə qara buludlar,Atalar övladından bir daha ayrılmasın!Qoy ellər qardaş kimi ömr eləsin bəxtiyar,Tüfənglər mələşməsin, qılınclar sıyrılmasın!

Bahar olsun, gül açsın, azad yaşasın insan,Dünyanın hər yerində bütün torpaqlarında!Sevənlər ayrılmasın, balaların hər zamanGülüş olsun üzündə, nəğmə dodaqlarında!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов