Bir dəstə gül ilə
Atam çoxdan köçübDünyadan.Acı, şirin xatirələrKeçir gözümdənBirər-birər.Uşaqdım, ərköyün, dəcəl,Yadımdadır, əvvəlMəni öpərdi, sonraBacılarımı.Sadalardım onaBacılarımdan çəkdiyimAcılarımı...Qulaq asar, asardı,Bağrına basardı.Bığları eşməydi,Saçı gümüşü.Yadımdadır atamınÜzü, baxışı, gülüşü.Bir də dənizi sevərdiBəlkə də məni sevdiyi qədər...Yadımdadır,Zərli papağı vardıBelində zərli kəmərYadımdadır...Yox, heç nə dahaYadımda deyil!Keçmiş neçə il,Onun çürümüş sümükləriOtuz ildən bəri,Mənim bərkimiş sümüklərim,Ayağa qalxmışam,Adam olmuşam, buyam!Məni özündən artıq sevənKişinin oğluyam!Bəli, məni çox sevərdiBəlkə də mən idimHəm onun şadlığı,Həm onun dərdi!Bunu, ataları bilərYana-yanaBunu balalar anlarYaşa dola-dola.Ata ola-ola,Qana-qana!Amma...Qananacan,Ata həsrətilə yananacan,Köçəndə qış, gələndə bahar,Gül-çiçək bir yanaBoş ayaqla,QanacaqlaAta hüzuruna getməyə nə var?Ay övladlar, ay övladlar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-cabbarzade-bir-deste-gul-ile
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dəli könül, heç ahu-zar eləmə,Hər iş qaydasında keçib gedəcək.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.