Yadigar
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,Alıb əqlim, məni məcnun eyləyən,Hansı xirə olmuşun xoş nigarıdır
Qurşanmış belinə mürəssə kəmər,Əginə geyib çox zər-u zivər,Qaməti ər'ərdir, rüxsarı qəmər,Yanaqları qızıl güldən arıdır
Əcəb nazənindir, əcəb dilbərdir,Xalqi-aləm ona cümlə kəmtərdir,Ağzında dişləri lö'lö-i tərdir,Sinəsi dağların təzə qarıdır
O gözəlin xəsləti-xuyunda,Zülfi-siyahində müşkin boynunda,Əlində, ayağında, rəng-u ruyunda,Gözəllik əhkamı cümlə caridir
Sübh-u şam bülbüllər oturur yanında,Yüz min gül açılır hər xəzanında,Bu qafiyədir bir dilbərin şanında,Balamlı Məminin yadigarıdır
Kitabxana.az · https://kitabxana.az/ru/works/balamli-memi-yadigar